RU

Mövsümün ilk “El-Klasiko”su nə vaxt keçiriləcək?

Cari mövsümdə “Real” və “Barselona” arasındakı ilk “El-Klasiko”nun vaxtı məlum olub.

Məlumatı La Liqanın mətbuat xidməti yayıb.

Maraqla gözlənilən prinsipial matç oktyabrın 26-da keçiriləcək. “Santyaqo Bernabeu” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 19.15-də start veriləcək.

Qeyd edək ki, İspaniyanın son çempionu “Barselona” olub, “Real” isə ötən mövsümü 2-ci yerdə başa vurub.

Избранный
11
1
football-plus.az

10Источники