RU

Venesuelada 6,3 bal gücündə zəlzələ baş verib

Sentyabrın 25-də Venesuelanın qərbində 6,3 bal gücündə güclü zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Zəlzələnin episentri Mene Qrande şəhərindən 24 kilometr aralıda, ocağı isə 7,8 kilometr dərinlikdə yerləşib.

Bildirilib ki, tələfat və dağıntılar barədə dəqiq  məlumat yoxdur.

Yeraltı təkanlar Venesuelanın paytaxtı Karakasda, həmçinin Kolumbiyada və Karib dənizindəki Aruba, Kurakao və Bonaire adalarında hiss olunub.


Şəfa Hüseynli

Избранный
23
operativmedia.az

1Источники