RU

Kaya Kallas: Macarıstan və Slovakiya sanksiyalara məruz qalmamalıdır

Macarıstan və Slovakiya Rusiyadan neft və qaz aldıqları üçün sanksiyalara məruz qalmamalı, əksinə, qonşu ölkələrin təklif etdiyi alternativlərə müraciət etməlidirlər...

Poliqon xəbər verir ki, bunu Sky News-a müsahibəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

Bununla yanaşı, diplomat Rusiyanın enerji resurslarının daha ucuz olduğunu etiraf edib.

Kallasın sözlərinə görə, Aİ Rusiya nefti və qazından imtina etmək üçün çox şey edib, lakin hələ də Rusiyadan enerji resursları alan ölkələr var. Aİ-nin baş diplomatı bundan çox təəssüfləndiyini qeyd edib.

Sentyabrın 23-də ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı Aİ-yə üzv ölkələrin liderləri ilə Rusiyanın enerji idxalının azaldılmasını müzakirə edəcəyini açıqlayıb. Amerika liderinin sözlərinə görə, Aİ ölkələri Rusiya ilə mübarizə aparmağa çalışırlar, lakin onun enerji resurslarını almağa davam edirlər. Ağ Ev rəhbəri bu qərarı biabırçılıq adlandırıb.

Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti ilə danışıqlardan sonra bəyan edib ki, Aİ 2027-ci ilə qədər Rusiyanın enerji idxalına daimi qadağa qoyacaq.

Poliqon.info

Избранный
21
poliqon.info

1Источники