2026-cı ildən etibarən Bakı metrosunun inkişafı ilə bağlı genişmiqyaslı tikinti işlərinə start veriləcək.
Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəolunması Departamentinin rəis müavini Məmməd Rzayev məlumat verib.
Onun sözlərinə görə, hazırda sözügedən 9 yeni metro stansiyasının layihələndirilməsi prosesi davam edir:
"Bu ilin sonuna qədər layihələndirmə işləri tamamlanacaq. Gələn ildən isə - 2026-cı ildən etibarən - həmin stansiyaların tikintisinə başlanılacaq", - deyə Məmməd Rzayev qeyd edib.
Planlaşdırmaya əsasən, tikinti işləri 2030-cu ilədək başa çatdırılacaq və yeni stansiyalar mərhələli şəkildə istismara veriləcək.
Milli.Az