RU

Metroda xətlərin ayrılması layihəsi ilə bağlı görülən işlər açıqlanıb

Metroda xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri tunellərin inşasıdır.

APA-Economics” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.

O bildirib ki, 200 metrə yaxın uzunluğu olan tunellər inşa ediləcək və bunun üçün “yaşıl” xətt və “qırmızı” xətt üzrə sərbəst hərəkət təmin ediləcək:

“Xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki tunelin inşası zamanı “Nizami” və “28 may” stansiyaları arasında hərəkət müvəqqəti saxlanılacaq. Dayanma müddətinin uzun olmaması məqsədilə “28 may” stansiyasının ərazisində iki ədəd yanaşma tunelinin inşasını önə saldıq ki, bu tunellərin inşası prosesində mümkün qədər qısa müddətdə hərəkətin daynamasına səbəb olsun. Hazırda 2 saylı şaxtada suvayvurma işlərinə başlanılıb. Şaxtanın tikintisi yanvar ayında başa çatdırılacaq. Bundan sonra xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq. Eyni zamanda həmin ərazidə daha öncədən kommunikasiya işlərinin köçürülməsi tamamlanıb. 1 saylı şaxtanın ərazisi hasara alınıb və kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir”.

Избранный
41
3
apa.az

4Источники