RU

"Azercell" şəhid anasının balansından iki dəfə pul "oğurladı"

"Azercell" şəhid anasının balansından iki dəfə pul "oğurladı"

“Azercell” şəhid anasının balansından yenə xəbərsiz pul silib.

AFN.az xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu açıqlama verib. Onun sözlərinə görə, şirkət birinci dəfə iyul ayında etdiyi "balans oğurluğu"na görə anası Mədinə Vəliyevanın istifadə etdiyi nömrəyə 29 manat geri qaytarıb:

"Məcbur etdim, rəhbərlikdən anama zəng edərək üzr istədilər, bir daha həmin nömrədə pullu xidmətlərin aktiv edilməyəcəyinə söz verdilər. Bir neçə gün öncə təsadüfən nömrəni yoxlatdıranda məlum oldu ki, yenə də nömrəni icazəsiz olaraq pullu xidmətlərə qoşub balansdan oğurluq edirlər. Bu gün balansdan oğurladıqları 9 manatı geri qaytardılar. Yenə söz verdilər ki, bir daha nömrədə pullu xidmətlər icazəsiz aktiv edilməyəcək. Amma mən "Azercell"ə güvənib etibar etmirəm. Bu şirkət soyğunçu, oğru və talançıdır."

Избранный
13
1
afn.az

2Источники