RU

Qırğızıstan parlamentinə seçkilər noyabrın sonunda keçirilə bilər - YENİLƏNİB

Bütün lazımi prosedurları nəzərə alaraq, Joqorku Keneşə növbədənkənar seçkilər noyabrın 30-na təyin ediləcək.

Redaktor.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Nurlanbek Turgunbek bildirib.

Spikerin sözlərinə görə, deputatlar özlərini buraxmaq qərarını müstəqil şəkildə qəbul ediblər, “nə prezident, nə də Nazirlər Kabineti təzyiq göstərib”.

O qeyd edib ki, VII çağırış deputatların legitimliyi növbəti çağırışa qədər qüvvədə qalacaq.

***

Bu gün keçirilən iclasda deputatlar Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlamentin) VII çağırışının özünü buraxması haqqında qərar layihəsini qəbul ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Deputat Ulan Primov bu təşəbbüsün seçki qanunvericiliyində dəyişikliklərlə bağlı olduğunu bildirib.

"Prezident və parlament seçkiləri arasında çox qısa zaman fərqi var. Buna görə də ölkədə siyasi sistemi və sabitliyi möhkəmləndirmək məqsədilə təşəbbüs qrupu parlamentə səlahiyyətlərini könüllü olaraq dayandırmağı təklif edib".

Səsvermədə iştirak edən 89 deputatdan 84-ü bu qərarı dəstəkləyib.

***

Qırğızıstan parlamentinin deputatları parlamentin vaxtından əvvəl özünü buraxması barədə qərarı təsdiq ediblər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, iclasda iştirak edən 89 deputatdan 84-ü həmin qərarın lehinə səs verib. 

Hazırkı parlament yeni seçkilərin tarixi rəsmi elan olunana qədər fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bir müddət əvvəl bir qrup deputat Qırğızıstan parlamentinin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etmişdi.

Избранный
23
14
redaktor.az

10Источники