RU

Meyxana qalmaqalı böyüyür: “Ora-burasını şişirdənlər..."

Son illər Azərbaycan şou-biznesində qalmaqallar artmaqdadır. Ənənəvi musiqi janrları ilə meyxana arasında münasibətlər isə daim müzakirə mövzusudur. Bu dəfə klarnet ifaçısı Hüseyn Məmmədoğlu ilə meyxanaçı Orxan Lökbatanlı arasında gərginlik yaşanıb. Hər iki sənətçi sərt fikirlər səsləndirib. Söhbətin mərkəzində isə meyxanaların gənclərin tərbiyəsinə təsiri dayanır.

Publika.az xəbər verir ki, bu barədə Yenisabah.az-a açıqlama verən meyxanaçı Samirə Yusifqızı bildirib ki, insanları meyxanalar yox, efirlərdə yayımlanan bayağı verilişlər və məzmunlar pozur.

İfaçı nəzərə çatdırıb ki, insan pozulmağa meyillidirsə, bunu meyxananın üstünə atmaq olmaz:

“Əziz xalqım, insanları meyxanalar yox, efirlərdə gedən seriallar, komediyalar, ora-burasını şişirdib verilişlərə çıxanlar, hər yerlərini açıb göstərənlər pozur. Belə şeyləri niyə görən olmur? Niyə heç kəs onları tənqid etmir? Meyxananın daşı ağır olub, düşüb hamının başına. Meyxanadan nə istəyirlər, bilmirəm. Bizim sənətimiz heç kəsin tərbiyəsini filan pozmur. Əgər bir insan pozulmağa meyillidirsə, günahı kiminsə və ya nəyinsə üstünə yıxmaq lazım deyil”.

Samirə Yusifqızı qeyd edib ki, meyxanaçılar hər zaman çalışır, əziyyət çəkir və öz sənətlərini layiqincə davam etdirirlər.

Избранный
3
4
publika.az

5Источники