RU

"Nizami" metrosunun yaxınlığında daha bir stansiya olacaq

12:21 25.09.2025
12:21 25.09.2025

Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır.

Mynews.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O, bildirib ki, B4 stansiyası bənövşəyi xəttin 8 Noyabrdan sonrakı stansiyası olacaq.

"Həmin 5 stansiyadan biri, məsələn, B4 stansiyasından sonrakı B5 stansiyası "Nizami" stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu syansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır.

Vurğulanıb ki, həmin stansiyadam birbaşa Nizami stansiyasına keçid olacaq.


Избранный
19
5
mynews.az

10Источники