RU

bp rəsmisi: Azərbaycan Birləşmiş Krallıq Siyasət Dialoqu ikitərəfli münasibətlərin inkişafı baxımından zəruri addımdır

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu ikitərəfli münasibətlərin inkişafı baxımından zəruri addımdır. Bu tədbir Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirən və dərinləşdirən platformadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.

O qeyd edib ki, bp-nin Bakıda ilk ofisi Azərbaycanın müstəqilliyinin elan olunmasından bir neçə ay sonra açılıb. Bu isə münasibətlərin tarixinin açıq sübutudur. “Biz əməkdaşlığımızı ticarət və mühəndislik olmaqla bir çox sahədə davam etdirməyi səbirsizliklə gözləyirik. Bu əlaqələr yalnız davam edən layihələr üzrə deyil, eyni zamanda, bərpaolunan enerji, yaşıl enerji daxil olmaqla yeni layihələr çərçivəsində də dərinləşəcək. Həmçinin Azərbaycan gənclərinin Britaniya universitetlərinə artan marağını görmək də bizim üçün xoşdur”, - deyə B.Aslanbəyli əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
3
xalqqazeti.az

4Источники