RU

Bakıda balta ilə avtomobil icarəsi ofisinə hücum edən şəxs psixi xəstə imiş

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda avtomobil icarəsi ofisində baş verən dəhşətli hücumla bağlı məhkəmə qərarı elan olunub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, hadisə 2024-cü ilin dekabrında Nizami rayonunda, marketin 3-cü mərtəbəsində yerləşən ofisdə baş verib.
1989-cu il təvəllüdlü Sahib adlı şəxs "Instagram"da gördüyü elan səbəbindən əsəbiləşərək avtomobil icarəsi ofisinə gedib. O, özü ilə götürdüyü balta ilə işçilərə hücum edib.
Təqsirləndirilən şəxs ofisə girərək Həsən adlı gənc işçiyə baş nahiyəsindən bir neçə dəfə balta zərbəsi vurub. Ağır xəsarətlər alan Həsənin həyatını yalnız vaxtında göstərilən tibbi yardım xilas edib. Digər işçi Valeh isə həm qolundan, həm də üzündən yaralanıb.
Məhkəmədə məlum olub ki, Sahib uzun müddət psixi xəstəlikdən, paranoidal şizofreniyadan əziyyət çəkirmiş və həmin əməli anlaqsız vəziyyətdə törədib.
Ekspertiza onun həm cinayət vaxtı, həm də hazırda psixi vəziyyətinə görə hərəkətlərinə cavab verə bilmədiyini təsdiqləyib.
Hakimlərin qərarına əsasən, o, cinayət məsuliyyətindən azad olunub və ümumi tipli psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilib. Hadisədə istifadə olunan balta isə məhv ediləcək.
Избранный
14
oxu.az

1Источники