RU

Son on ildə bəzi ölkələrdə təbii qaz hasilatında artım qeydə alınıb - "NAANS-Media"nın icraçı direktoru

Son on ildə Rusiya, İran və digər əsas istehsalçılar təbii qaz hasilatını sabit səviyyədə saxlayıblar, bəzi ölkələrdə isə artım qeydə alınıb. Bu barədə "NAANS-Media"nın icraçı direktoru Tamara Safonova Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə deyib. Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Rusiya  2024-cü ildə 665 milyard kubmetr təbii qaz hasil edib ki, bu da 2023-cü ilin (608 mlrd kubmetr) göstəricisindən yüksəkdir.

 "İranın hasilatı ötən il 260 mlrd kubmetrdən 263 mlrd kubmetrə yüksəlib. Türkmənistanın hasilatı 2024-cü ildə 78 mlrd kubmetr, Qazaxıstanın 59 mlrd kubmetr, Azərbaycanın isə 45 mlrd kubmetr olub. Özbəkistanın qaz hasilatı isə 2024-cü ildə 45 mlrd kubmetr təşkil edib",- o əlavə edib.

Gülnar Nazimqızı

Избранный
9
1
anews.az

2Источники