RU

POS-terminallardan istifadə ilə bağlı 1000-dən çox qanun pozuntusu aşkar edilib

Bu ilin yanvar - avqust aylarında Azərbaycanda POS-terminallardan istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1 143 qanun pozuntusu aşkar edilib.Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlər zamanı POS-terminalların tətbiqindən imtina hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.POS-terminallarla ödənişlər həm şəffaflıq, həm təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürülməsi istehlakçıların hüquqlarının pozulması deməkdir. Belə hallarda POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur. Bu da istehlakçının hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır, Eyni zamanda, mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların "ƏDV geri al" layihəsindən faydalanmaq hüququndan məhrum olması ilə nəticələnir.POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur:

"Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Eyni zamanda, sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur".

Избранный
11
15
metbuat.az

10Источники