RU

AFFA ya məşqçi yox, Fransa ilə oyunları yola verməyə adam lazımdır gecikən təyinatın SƏBƏBLƏRİ

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Millimizin oyununa sayılı günlər qalır, amma AFFA rəhbərliyi yeni baş məşqçi təyinatı etmir. Mənzərə qəribə, durum acınacaqlıdır. Ukrayna ilə oyunun səhəri edilməli olan təyinat hələ də gerçəkləşməyib. 

Səbəb çoxunuzu pərişan edəcək. AFFA yenə əcnəbi məşqçi axtarışındadır. Nə Fernandu Santuşun yarıtmaz fəaliyyəti, nə də ona veriləcək milyonlarla təzminat kimisə narahat edir. Futbolumuzun lap başında dayanan əcnəbisevərlərin mövqeyi dəyişməyib. Onların futbol anlayışında yerli məşqçilərə yer yoxdur. Yalnız və yalnız əcnəbilər!

Sual yaranır ki, vaxt daralır, bəs, niyə əcnəbi təyinatı olmur? Bunun da səbəbləri var. Santuşun təzminatı ödənməmiş, ortalıq sakitləşməmiş belə təyinat səs-küy yarada bilər. Xalq AFFA-nın üstünə düşər, böyük tənqidlərlə üzləşərlər. Əcnəbi məşqçiylə Fransaya mümkün irihesablı məğlubiyyət ab-havanı daha da pisləşdirə bilər. 

Məhz buna görə də, AFFA 2 aylıq yerli məşqçi axtarır ki, bu 4 oyunu həmin adamla yola versinlər, sonra rahat-rahat əcnəbi gətirsinlər. Uzaqgörənlər belə fikirləşir ki, yerli məşqçinin ardıcıl məğlubiyyətləri ilə ictimaiyyətə göstərəcəklər ki, bizimkilər heç nə bacarmır. Bundan sonra ictimai rəyi qarışdırıb yenidən əcnəbi məşqçi təyin eləmək daha rahat olacaq. 

AFFA-nın niyyətini yerli mütəxəssislər də sezib. Ona görə də, özünə hörmət qoyan məşqçilər AFFA-nın "əcnəbi oyununa" alət olmaq istəmirlər. Real namizədlər uzunmüddətli müqavilə istəyirlər, ən azı qarşıdakı Millətlər Liqasında çalışmaq üçün şans gözləyirlər. Amma əcnəbilərə hər cür şərait yaradan, fürsət tanıyan federasiya rəhbərliyi yerlilərə eyni gözlə baxmır. 

Ya vəlvələdən, ya zəlzələdən yaxın günlərdə yerli məşqçi təyinatı gerçəkləşəcək. Amma bu təyinat millimizin inkişafına yox, 4 oyunluq aradan sonra yenə əcnəbi gətirməyə hesablanıb.Həmid

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
sportal.az

2Источники