ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Avropada itlər üçün yeni tənzimləmə tətbiq edilib. Reyting.az xəbər verir ki, artıq həm şəhərdə yaşayan it sahibləri, həm də itləri ilə gələn turistlər pul ödəməli olacaqlar.Turistlər üçün təyin edilən gündəlik ödəniş şəhər sakinləri üçün hər il hesablanacaq.İtaliyanın şimalında yerləşən Bolanzo şəhərində verilən qərara görə, 1 yanvardan itlər də vergiyə cəlb olunacaq. Qərara əsasən, həm turistik məqsədlə itləri ilə əraziyə gələnlərdən, həm də sakin it sahiblərindən müəyyən ödənişlər alınacaq.Dövlət Şurasının qərarında bildirilir ki, itləri ilə şəhərə gələn turistlər gündəlik 1,5 avro ödəyəcəklər. Nəticədə əldə edilən maliyyə it parklarının tikintisinə və ətraf mühitin təmizliyinə sərmayə qoyulmasına sərf olunacaq.Əsasnaməyə görə, şəhər itlərinin sahibləri üçün ödənişlər hər il müəyyən ediləcək. Bolzano Əyalət Şurasının üzvü Luis Valxer it sahiblərindən illik 100 avro ödəniş alacağını açıqlayıb. Və bunun ədalətli bir təcrübə olduğunu bildirib.V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.