RU

Azərbaycanlı hakimə UEFA-dan təyinat

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Kamal Umudluya yan xətdə Namik Hüseynov və Rəhman İmami kömək edəcək. 4-cü hakim funksiyasını isə qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Избранный
3
8
idmanxeber.az

10Источники