Xəzər rayonunda iri və xırdabuynuzlu mal-qara oğurlanıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rayon sakini polisə müraciət edərək 17000 manat dəyərində mal-qarasının evinin həyətindən oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən N.Novruzov saxlanılıb.
Araşdırma davam etdirilir.