RU

TƏBİB-dən bir gündə 30 milyonluq tender: Köhnə “dostlar”, yeni planlar- ARAŞDIRMA

TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi bir gündə 4 tenderin nəticələrini açıqlayıb.

Toplam dəyəri 30 milyon manata yaxın olan bu müsabiqələrin qalibləri dəyişməyib.

Belə ki, əvvəlki dönəmlərdə də eyni şirkətlər İTM-in tenderlərinin qalibi olublar.

Həmin müsabiqələrdən biri tibb müəssisələri üçün sarğıların alınması ilə bağlıdır. "TERRA PHARM” MMC-nin udduğu tenderə əsasən şirkət İTM-ə 2 milyon 761 min 623 manat dəyərində sarğı alacaq.

İkinci tender isə tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş oftalmoloji avadanlıqların satın alınmasını əhatə edir. "VİTTA ELMİ-TEXNİKİ” MMC-nin qalibi olduğu müsabiqənin dəyəri isə 10 milyon 232 min 901 manatdır.

İTM-in üçüncü tenderi bakterioloji müayinədə istifadə olunacaq testlərin satın alınmasını ehtiva edir. "SPEKTR MED” MMC-nin qalibi olduğu müsabiqəyə əsasən həmin testərin alınmasına 12 milyon 906 min 638 manat xərclənəcək.

İnnovasiya və Təchizat Mərkəzinin sonuncu tenderi isə ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin alınması ilə əlaqəlidir. İTM-in keçmiş və daimi "müştərisi” olan "ZEYTUN PHARMACEUTİCALS” MMC ilə bağlanılmış müqavilənin dəyəri 3 milyon 838 min 441 manat təşkil edir.

Tribunainfo.az-ın araşdırmasına görə, "Spektr Med” MMC təkcə 2025-ci il ərazində İTM-in 3 tenderinin qalibi olub. Bu tenderlərin dəyəri isə 35 milyon manata yaxın olub.

"VİTTA Elmi-Texniki” MMC ilə İTM arasında isə son bir ildə 6 tender anlaşması olub. Bu müsabiqələrin ümumi dəyəri isə 19 milyon manat təşkil edib.

Qarşi tərəfi də dinləməyə hazırıq.

 

Избранный
9
4
7news.az

5Источники