ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Ayxan Abbasovla danışıqların nəticəsiz qalmasından sonra AFFA rəhbərliyi təcili olaraq futbol üzrə Azərbaycan milli komandasına rəhbərlik edəcək yeni baş məşqçi axtarışına başlayıb.
Sportal.az xəbər verir ki, Abbasov işinə Azərbaycanın U-21 yığmasında davam edəcək.
AFFA DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə növbəti görüşünə qədər (10 oktyabr) millimizi baş məşqçi kimi həm bu, həm də tsiklin digər görüşlərinə də oyuna çıxaracaq mütəxəssisi axtarır.
Əldə etdiyimiz məlumata görə, federasiya İqor Ponomaryov və Arif Əsədovun namizədliyini də nəzərdən keçirir.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.