Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İB-nin rəhbəri Nail Kəmərli Baş Nazir Vilayət Eyvazova videomüraciət edib.
KONKRET.az xəbər verir ki, o, həmin görüntüləri sosial media hesabında paylaşıb.
Nail Kəmərli bildirib ki, adları çəkilən şəxslərin qanun çərçivəsində cəzalandırılmasını xahiş edir. Çünki həmin şəxslər özü ilə yanaşı ölkədəki digər vəzifəli şəxsləri də təhqir edirlər:
“Narkotikin adamlıqdan çıxardıqları şəxsləri siz də tanıyın. Sabir və Rövşən adlı bu narkomanlar məni və ailəmi nalayiq, əxlaqsız söyüşlərlə təhqir edirlər. Alacağı narkotiki nisyə götürdüyü üçün pul əvəzinə söyüşdolu videoları girov qoyurlar. İran vətəndaşları olan Mehdi və Əli adlı şəxslər onları pulu gətirmədikləri halda bu çirkin videoları yaymaqla hədələyirlər. Məsələ ilə aidiyyatı qurumlar məşğul olur”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.