Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 1/22 nömrəli yataqxanada yaşayan Cəsur günlərdir ki, məktəb forması olmadığına görə, dərslərindən geri qalır.
Görünür qurumun Bakıdakı ailələrə başı qarışdığından Sumqayıt şəhəri gözdən-könüldən uzaq düşüb. Ailə, bir otaqlı evdə 4 nəfər olmaqla çətin şəraitdə yaşayır. Cəsurun anası Ağalarovla Aygün Qiyas qızı dəmir-dümür sataraq ailəsini dolandırmağa çalışır. Eyni zamanda, A. Ağalarova əsəb xəstəliyindən əziyyət çəkir və dərmanlarını almağa da pulu yetmir.
Redaksiya olaraq, bu məsələdə həm Dövlət Sosial Müdafiə Fondunu, həm də Təhsil Nazirliyini diqqətli olmağa və Cəsur kimi uşaqların təhsildən geri qalmaması üçün təcili tədbirlər görməyə çağırırıq.
Görüntüləri təqdim edirik: