RU

Nazirlər Kabinetində büdcə məsələlərinə həsr olunmuş geniş iclas keçirilib

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə həsr olunan geniş iclas keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

"Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq, "2026-cı il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri və 2026-cı il və növbəti üç il üzrə sosial-iqtisadi inkişaf proqnozları" aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.

Sözügedən layihələr iclasda müzakirə olunub.

İclası giriş nitqi ilə açan Baş nazir Əli Əsədov növbəti ilin dövlət büdcəsi layihəsinin əsas göstəriciləri barədə ətraflı məlumat verib.

İclasda maliyyə naziri Sahil Babayevin "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında", iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında" və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin "2026-cı il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri barədə" məruzələri dinlənilib.

Daha sonra Baş nazir qarşıda duran əsas vəzifələri və tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasın yekununda "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" barədə layihələrin "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Избранный
9
12
ikisahil.az

10Источники