RU

Binə sakinləri yağış sularından əziyyət çəkir: Küçə gölə çevrilib

Xəzər rayonu, Binə qəsəbəsi, Samir Şikirov küçəsində yağış suları yolu gölə çevirib. Sakinlərin sözlərinə görə, illərdir ərazidə kanalizasiya sistemi mövcud deyil.

Aidiyyəti qurumların məsələyə biganə yanaşdığını bildirən sakinlər yolu keçmək üçün yol kənarına daşlar düzərək çətinliklə hərəkətlər edirlər.

"Bütün aidiyyəti qurumlara müraciət etmişik. Maraqlıdır ki, bu qurumlar niyə buranı düzəltmirlər? Uşaqlar hər gün bu yolla məktəbə gedib-gəlirlər. Biz də fikirləşirik ki, gəmi alıb gedək", - deyə sakin şikayətini dilə gətirib.

Başqa bir sakin isə vəziyyətin yaratdığı çətinlikləri belə izah edib:

"Axşam olan kimi qurbağalar, ilbizlər evin içinə girir. Süpürgə ilə birtəhər çıxarıram. Onların əlindən gecə yata bilmirəm, xəstə adamam".

Ətraflı Baku TV-nin süjetində:

Избранный
7
1
far.az

2Источники