RU

Nümayəndə heyətimiz İranın Bəndər Abbas limanında

Sentyabrın 24-də Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limana baş çəkib. 

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti limana baxış keçirib və onun infrastrukturu ilə tanış olub. İranın Yol və Şəhərsalma nazirinin müavini Səid Rəsuli liman haqqında geniş təqdimat verib və onun fəaliyyəti haqqında ətraflı məlumat təqdim edib.

Görüş zamanı mümkün əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Bəndər Abbas şəhərinə səfər zamanı Baş nazirin müavini Şahin Mustafayev ilə Hormuzqan Əyalətinin valisi Məhəmməd Aşouri Taziani arasında görüş keçirilmiş və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az" 

Избранный
15
25
cebheinfo.az

10Источники