RU

Castin Biberin anasından onunla bağlı qəribə paylaşım: Bütün ağrı zəncirlərini qırın

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Son zamanlar müğənni Castin Biberin özünü qəribə aparması pərsətişkarlarının ciddi narahatlığına səbəb olub. Sənətçinin anası Pattie Mallettin isə son paylaşımı isə bu narahatlığı bir qədər artırıb.

BAKU.WS xəbər verir ki, onun sosial şəbəkədə oğlu Castinlə bağlı yazdığı status "Görəsən, Castinə nə olub?" kimi sualların yaranmasına səbəb olub.

"Biz sənin üçün həmişə dua edirik, Castin... Mən sənin üçün azadlıq, güc, aydınlıq və şəfa arzulayıram. Ürəyində, ağlında və bədənində görünən və görünməyən hər yaraya şəfa ver. Bütün qorxu, çaşqınlıq və ağrı zəncirlərini qır!" - deyə paylaşımda qeyd edilib.

Bu cür ümidsiz və kədərli status çoxlarını narahat edərək "Hər şey yaxşıdırmı?", "Castinə nə olub?" kimi sualları n yaranmasına səbəb olub.

Xatırladaq ki, 2025-ci ilin yayı Castin Biberi yaşadığı mübahisələrin ən pik dövrü oldu. İyunda Malibu parkında paparazzilərlə insident yaşadı. Biber şəxsi həyatını qorumağa çalışaraq fotoqraflara qışqırdı.

Ona 2022-ci ildə üzünün bir hissəsini iflic edən nadir nevroloji xəstəlik olan "Ramsay Hunt" sindromu diaqnozu qoyulub. Bundan əvvəl musiqiçi gücünü ciddi şəkildə itirən "Lyme" xəstəliyi ilə də mübarizə aparırdı.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
baku.ws

2Источники