RU

MOK-da Beynəlxalq Konkisürmə Birliyinin nümayəndə heyəti ilə görüş - FOTO

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Konkisürmə Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

İdman.biz xəbər verir ki,tədbirdə Azərbaycanda qış idman növlərinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim, prezidentin köməkçisi Kayl Çoi, baş direktor Kolin Neil Smit, Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və federasiyanın fiqurlu konkisürmə üzrə idman direktoru İqor Lukanin iştirak ediblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında ölkəmizdə qış idman növlərinin inkişafı üçün görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanın Olimpiya ailəsində tutduğu mövqeyi dahada gücləndirməsi, müxtəlif beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, belə qarşılıqlı əlaqələr gələcək üçün yeni imkanların açılmasına xidmət edir. Çingiz Hüseynzadə vurğulayıb ki, bu əməkdaşlıq həm də idmançıların beynəlxalq yarışlarda təcrübə qazanmasına və ölkənin tanıdılmasına mühüm töhfə verir.

MOK-un baş katibi Azər Əliyev yerli mütəxəssislərin çatışmazlığını diqqətə çatdırıb: "Hazırda yerli idmançılar azdır. Əsas problem bu sahə üzrə mütəxəssislərin kifayət qədər olmamasındadır. Amma buna baxmayaraq, ölkəmizdə Səbinə Əliyeva, Leyli Axundova və digər gənc idmançılar yetişir", - deyə Azər Əliyev qeyd edib. O, həmçinin bildirib ki, Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına, 2027-ci ildə isə növbəti Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək.

Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim Azərbaycanda qış idman növlərinə göstərilən diqqəti yüksək qiymətləndirib. O, yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışında iştirak etməkdən məmnunluğunu ifadə edib və gələcəkdə Azərbaycanla müxtəlif layihələrdə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

İdman.biz

Избранный
3
7
idman.biz

8Источники