RU

"Qarabağ"-"Kopenhagen" matçının biletləri satışda – 500 AZN

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun biletləri satışa çıxarılıb.
Axar.az xəbər verir ki, standar biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır.
Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə etmək mümkündür.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ"ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.
Избранный
7
16
sherg.az

10Источники