RU

"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, standart biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır.

Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə etmək mümkündür.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ"ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.

Tedesko: “Buraxdığımız qollar qəbuledilməzdir”

“Braqa” “Feyenoord”a, “Roma” “Nitsa”ya qalib gəldi - YENİLƏNİB

Tedeskodan uğursuz debüt - “Fənər” səfərdə məğlub oldu - YENİLƏNİB

Millimizin MDB Oyunları üçün YEKUN HEYƏTİ

“Qarabağ”ın matçının biletləri satışa çıxarıldı

Избранный
7
16
apasport.az

10Источники