RU

UEFA-nın A kateqoriyalı məşqçi kursuna start verildi - FOTOLAR

AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, təlimlər milli assosiasiyanın Təhsil və Reabilitasiya Mərkəzində keçirilir.

Sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.

Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də baş tutacaq.

Избранный
9
5
fanat.az

6Источники