RU

Prezident dövlət xidmətinin bir qrup əməkdaşını təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Editor.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant

Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant

Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant

Ağayev Vüsal Mirzağa oğlu – kapitan

Mövlamov Füzuli Saleh oğlu – kapitan

Musayev Mirvahid Mirələm oğlu – kapitan

Şaliyev Şahin Eldar oğlu – kapitan

Əliyeva Məsumə Teymur qızı – baş leytenant.

Избранный
5
49
editor.az

10Источники