RU

Şəkidə 28 yaşlı kişini avtomobillə vurub qaçan sürücü saxlanıldı

Şəkidə 28 yaşlı kişini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə sentyabrın 24-dən 25-ə keçən gecə Şəki şəhər ərazisində baş verib.

1997-ci il təvəllüdlü Şəki şəhər sakini Hasil Etibar oğlu Əsgərov nəməlum avtomobil tərəfindən vurulub. H. Əsgərov ağır komotoz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, sentyabrın 25-də saat 01:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 1997-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş koma, kəllə-beyin travması diaqnozu təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Şəkidə 28 yaşlı kişini avtomobillə vurub hadisə yerindən qaçan sürücü artıq saxlanılıb. Onun Şəki rayon sakini Coşqun Məmmədov olduğu, qəzanı idarə etdiyi “Volkswagen” markalı avtomobillə törətdiyi müəyyən edilib. Aparılmış əməliyyat-axtarış tədbir nəticəsində C. Məmmədov saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

 

Избранный
7
1
heftelik.az

10Источники