Şri-Lankada 13 Buddist rahibini daşıyan kanat vaqon qırılaraq dağılıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı Rusiya, Rumıniya və Hindistan vətəndaşları da daxil olmaqla yeddi rahib ölüb. Daha dörd nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. İki rahib yıxılan qatar vaqonundan tullanmağı bacarıb və yüngül xəsarətlərlə xilas olub.
Hadisənin səbəbi barədə məlumat verilmir. İlkin məlumata görə, kanat yolunu dəstəkləyən kabel qopub.
Şəfa Hüseynli
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта