Yazıçı Sara İbrahimin “ Çəhrayı çobanyastığı” adlı romanı “ Xan” nəşriyyatında çap olunub.
Kulis.az xəbər verir ki, əsər terrorun insan talelərini necə alt-üst etməsindən bəhs edir.
Romanda hadisələr Bakıda və Kabarda-Balkar Respublikasının paytaxtı Nalçikdə cərəyan edir.
Əsərin redaktorları Ataqam və Esmira İlyasdır.
Qeyd edək ki, bu, Sara İbrahimin ikinci kitabıdır. Bundan əvvəl yazıçının “ Yasaq sevgilər” romanı “ Mücrü” nəşriyyatında çap edilib.