RU

"Ukraynanın təhlükəsizliyinin əsas təminatı öz ordusunun gücləndirilməsidir"- Aydın Quliyev

"Ukraynanın təhlükəsizliyinin əsas təminatı öz ordusunun gücləndirilməsidir".

Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında Ukraynanın təhlükəsizliyində xarici qüvvələrin rolunu və ölkəyə hərbi dəstəyin əhəmiyyətini şərh edib.

O bildirib ki, təhlükəsizlik məsələsində əsas diqqət Ukraynanın öz ordusunun gücləndirilməsinə yönəlməlidir. Xarici ölkələrin birbaşa hərbi qüvvələrinin yerləşdirilməsi formal olaraq prosesə cəlb olunsa da, əsl təhlükəsizlik yalnız Ukraynanın öz silahlı qüvvələrinin güclənməsindən asılıdır.

“Avropa və Şimali Amerika ölkələri Ukraynaya birləşmiş ordularını göndərməkdənsə, daha çox hərbi maliyyə və texniki dəstək göstərməyə üstünlük verirlər. Bu, Ukraynanın uzaqmənzilli ağır silahlarla, hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsini əhatə edir”, – deyə Quliyev vurğulayıb.

O əlavə edib ki, Ukraynanın ən zəif sahələrindən biri hava hücumundan müdafiə sistemləridir və Rusiyanın mümkün zərbələrinə qarşı bu sahənin gücləndirilməsi prioritet olmalıdır.

Избранный
22
news365.az

1Источники