III MDB Oyunları çərçivəsində keçiriləcək yarışlara biletlərin satışı başlayıb
III MDB Oyunlarının Təşkilat Komitəsi yarışlara bilet satışının başladığını elan edib.1news.az xəbər verir ki, oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir. Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür. Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq. Yarışlar 12 idman məkanında təşkil olunacaq.