RU

Kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası təsdiq edilib

"Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti"nin təsdiq edilib.

Day.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu qayda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində (bundan sonra - xüsusi təyinatlı təhsil müəssisələri) kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydasını və müddətini müəyyən edir.

Bu qayda müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə xüsusi təyinatlı təhsil müəssisələrindən xaric edilən kursantlara, habelə həqiqi hərbi xidmətdən ehtiyata və həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlərə və gizirlərə (miçmanlara) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) şamil olunur.

 

Xüsusi təyinatlı təhsil müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 42-1.1-ci maddəsində qeyd olunan hallarda bağlaşmada nəzərdə tutulur.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuş kursantlar 1-ci semestrin sonunadək, xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunmuş kursantlar isə 1-ci kursun sonunadək həmin təhsil müəssisələrindən xaric olunduqda, onlardan çəkilən xərclər geri alınmır.

Xüsusi təyinatlı təhsil müəssisələrində ali təhsil və ya orta ixtisas təhsili alan kursantların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərclər aşağıdakılardır:

  • xüsusi təyinatlı təhsil müəssisəsinə qəbula görə birdəfəlik ödəmənin məbləği;
  • xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən kursantlara müvafiq qaydada ödənilən pul təminatı (əməkhaqqı);
  • kursant təqaüdlərinin məbləği;
  • kursant müavinətinin məbləği;
  • ailə üzvlərinə maddi yardımın məbləği;
  • hesabda yığılan ödənişin faiz gəlirləri ilə birlikdə məbləği;
  • dövlət icbari şəxsi sığorta xərcləri;
  • xüsusi təyinatlı təhsil müəssisəsini bitirməyə görə birdəfəlik pul mükafatının məbləği (əgər ödənilmişdirsə);
  • təhsil müddətində mübadilə proqramı çərçivəsində respublikanın digər müəssisələrinə, habelə xarici ölkələrin tədris müəssisələrinə göndərilməsi ilə əlaqədar xərclər (ödənilən təhsil haqları, əlavə olaraq ödənilən yaşayış xərcləri, viza xərcləri, nəqliyyat xərcləri və sığorta).

Qərarla daha ətraflı bu linkdən tanış olmaq mümkündür.

Избранный
10
2
day.az

10Источники