RU

Azərbaycanda Turizm Ekspertləri Klubu yaradıldı

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan turizminin inkişafına yeni nəfəs gətirəcək, beynəlxalq nüfuzunu gücləndirəcək və peşəkar mütəxəssisləri vahid platformada birləşdirəcək strateji təşəbbüs gerçəkləşdirildi - DAİR Hotellər və Restoranlar Assosiasiyasının nəzdində “ATEC Azərbaycan Turizm Ekspertləri Klubu” təsis olundu.

Bu barədə Metbuat.az-a Assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, turizm sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizdə turizm sektoru sürətli inkişaf yoluna qədəm qoymuşdur. Son illərdə qəbul edilən dövlət proqramları, infrastruktur layihələri və beynəlxalq təşəbbüslər Azərbaycanın turizm xəritəsini zənginləşdirmiş, ölkəmizi regionun aparıcı turizm mərkəzlərindən birinə çevirmişdir. “Azərbaycan Turizm Ekspertləri Klubu” da məhz bu uğurlu siyasətin davamı olaraq, sahənin aparıcı mütəxəssislərinin biliklərini birləşdirərək yeni perspektivlər açmaqa çalışacaq.

Klubun yaradılmasının əsas məqsədi ölkənin turizm ekosistemində aparıcı mütəxəssisləri bir araya gətirmək, turizmin müxtəlif sahələri - yerləşdirmə və ictimai iaşə müəsissələri, turizm operatorları və agentlikləri, bələdçilik, nəqliyyat və turizm təhsili üzrə çalışan peşəkarların bilik və təcrübə mübadiləsini təmin etməkdir. Bu platforma sektor üzrə innovativ yanaşmaları təşviq edəcək və turizmin inkişafında koordinasiyanı gücləndirəcək.

Klubun yaradılmasının təşəbbüskarı və lideri turizm sahəsində 20 illik təcrübəyə malik İbrahim Qəfərovdur. Kluba Üzvlük üçün əsas şərtlər sırasında turizm sahəsində minimum 10 illik peşəkar fəaliyyət və sahənin inkişafına əhəmiyyətli töhfələrin verilməsidir. Klubun yaradılmasının təşəbbüs qrupunda tanınmış turizm ekspertləri, hotel və turizm şirkətlərinin rəhbərləri, həmçinin sahənin inkişafında mühüm xidmətləri olan şəxslər yer alırlar. Aşağıda onların siyahısını təqdim edirik:

1. İbrahim Qəfərov - Avola Travel şirkətinin Direktoru; Continental Hotel-in Baş Meneceri2. Müzəffər Ağakərimov - Turizm üzrə ekspert, Əməkdar Turizm İşçisi, Turizm təhsili üçün 10+ dərsliyin və dərs vəsaitlərinin müəllifi3. Azad Əhmədov -Turizm üzrə ekspert, hotelçilik sahəsində sahibkar4. Mahir Qəhrəmanov -Turizm üzrə ekspert (AR Mədəniyyət Nazirliyinin Qoruqların İdarə Olunması və İstifadəsinə Nəzarət Sektorunun Müdiri)5. Samir Dübəndi - Azərbaycan Ekoturizm Assosiasiyasının Təsisçisi, DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri, “Baku Guide since 1996” bələdçisinin baş redaktoru, ATMU “Mehmanxana və restoran biznesı” kafedrasının baş müəllimi, doktorant6. Bahar Dadaşova - Baku Crystal Hall-un Direktoru; UNEC Biznes Məktəbində MBA təlimçisi7. Ruslan Quliyev - Millennium Turizm şirkətinin təsisçisi8. Ceyhun Aşurov - Smart Group Hotels-in Baş Meneceri; SKÅL International üzvü9. Əziz Şiriyev - Baku Travel & Tourism-in Direktoru; Azərbaycanda turizmin inkişafı üzrə ekspert10. Elçin Əsgərov - Ivy Garden Hotel-in Satış və Marketinq Direktoru; Frisaga onlayn rezervasiya sisteminin təsisçisi11. Balash Maqsudbeyli - Peşəkar bələdçi, Fəxri Turizm İşçisi12. Nəcəf Bədəlov - Basqal Resort and SPA Hotel-ın Baş Meneceri13. Rahib İsmixanov - Naxçıvan Palace Hotel-in Direktoru; Sunny Hospitality System şirkətinin təsisçisi14. Natiq İslamov - Shirvan Grand Hotel-in Baş Meneceri15. Mehmet Uysal - Palidli Hotel-in Baş Meneceri; Azərbaycan Cənub Turizm MMC-nin Təsisçisi16. Rafiz Əliyev - Rafal Travel and Tours şirkətinin Direktoru17. Sadiq Quluzadə - AzLat Travel şirkətinin Direktoru; SKÅL beynəlxalq klubun üzvü18. Ayxan Cabbarov - Ağdam City Hotel-in Əməliyyat Meneceri19. Aqşin Əlizadə - Metropolitan Resort-un Baş Meneceri20. Natavan Hüseynova - Era Travel şirkətində MICE satış icraçısı21. Zaur İsazadə - Deluxe Qusar Park Hotel-in Baş Meneceri22. Mirraqif Mustafayev - Ramada By Wyndham Hotelinin Direktoru23. Yasin Şükürov - Cənnət Bağı Hotels Group-un Baş Direktoru24. Toğrul Bayramlı - Bayram Travel şirkətinin təsisçisi; TEB, TEd1, EDuOnline nümayəndəsi25. Aqşin Hüseyni - Baku Life Travel-in Təsisçisi; Voice of Karabakh həmtəsisçi26. Elmar Bağırov - Premium Hotel Gəncə-nin Baş Meneceri27. Fuad Rəsulov - Silkrow Travel şirkətində İnkominq Meneceri28. Aytən Əliyeva - TurNAz Turizm Informasiya Mərkəzinin təsisçisi; “National Geographic in Azərbaycan” Məsləhətçisi29. Eldar Dargahov - Weekend Travel şirkətinin Təsisçisi30. Nigar İsazadə - Premium Travel şirkətinin İnkominq Meneceri31. Tural Əhmədov - Meydan Hotel Dubai, F&B Meneceri32. Firuzə Fərəcova - Exotic Tour şirkətinin Təsisçisi33. Natiq Paşayev - Jolly Travel şirkətinin rəhbəri

Klubun ilk görüşü 2025-ci ilin oktyabr ayında keçiriləcəkdir. Eyni zamanda Assosiasiyanın qəbul etdiyi qərara əsasən, Klubun Əsasnaməsi xüsusi təşəbbüs qrupu tərəfindən hazırlanacaq və iki həftə ərzində Assosiasiyanın İdarə Heyətinə təqdim ediləcəkdir.Assosiasiyanın İdarə Heyəti adından bütün turizm ictimaiyyətini bu əlamətdar hadisə münasibətilə səmimi qəlbdən təbrik edirik. “Azərbaycan Turizm Ekspertləri Klubu”nun təsis olunması ölkəmizin turizm həyatında yeni səhifə açır və sahənin inkişafında əvəzsiz rol oynayacaqdır. Bu təşəbbüsün gerçəkləşməsində əməyi olan bütün peşəkarların vizyonu, fədakarlığı və yaradıcılığı sayəsində Azərbaycan turizmi daha da güclənəcək, peşəkarlaşacaq. Biz inanırıq ki, birləşdirilmiş intellektual və peşəkar güc sayəsində ölkəmizin turizm sektoru daha parlaq uğurlara imza atacaq, beynəlxalq miqyasda Azərbaycanın brendini gücləndirəcəkdir.

2009-cu ildə təsis edilən DAİR Hotellər və Restoranlar Assosiasiyası (Kiçik Otellərin və Restoranların İnkişafına Kömək İB) bu gün ölkəmizin HORECA sahəsində peşəkar birliyin və inkişafın aparıcı ünvanıdır. Assosiasiya qonaqpərvərlik sahəsində beynəlxalq təcrübəni tətbiq etməklə müasir xidmət mədəniyyətinin formalaşmasına, sənaye iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinə və yeni nəsil mütəxəssislərin yetişdirilməsinə töhfə verir, sənayedə sivil bazar münasibətlərinin inkişafını dəstəkləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
3
metbuat.az

4Источники