ain.az, Redaktor.az saytına istinadən bildirir.
Sloveniya İsrailin Baş naziri Benyamin Netanyahuya səyahət qadağası tətbiq edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.
Qeyd edilib ki, Sloveniya İsrailin Baş nazirinə səyahət qadağası, eyni zamanda, avqust ayında İsrailə silah embarqosu tətbiq edən ilk Avropa İttifaqı ölkəsi olub.
2024-cü ilin iyununda Sloveniya Norveç, İspaniya və İrlandiyanın ardınca Fələstini müstəqil dövlət kimi tanıyıb və İsrailin Qəzzadakı hərəkətlərini ən sərt tənqid edən ölkələrdən biri olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.