RU

Sloveniya Netanyahuya qarşı sanksiyalar tətbiq edib

Sloveniya hakimiyyəti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu qərar Netanyahunun Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər üzrə ittiham olunması ilə bağlıdır. 

Sloveniya Xarici İşlər Nazirliyinin dövlət katibi Neva Qraşiç vurğulayıb ki, Netanyahunun “persona non grata” elan edilməsi İsrail xalqına deyil, yalnız hökumət səviyyəsində gedən siyasətə yönəldilmişdir.

Sloveniya bundan əvvəl Itamar Ben‑Qvir və Bezalel Smotriç adlı iki israilli naziri “persona non grata” elan etmiş, 2024‑cü ildə Fələstinin müstəqil dövləti kimi tanınmasını rəsmiləşdirmiş və avqust ayında İsrailə silah embarqosu tətbiq etmişdir.

Избранный
5
5
anews.az

10Источники