RU

Xomeyninin yanındakı fransız - VİDEO

"1979-cu il fevralın 1-də İran İslam Respublikasının banisi Ruhulla Xomeynini 15 illik sürgündən sonra İrana gətirən "Air France" aviaşirkətinə məxsus "Boeing-747" təyyarəsi səhər saatlarında Tehrandakı Mehrabad hava limanına eniş etdi. Təyyarədə Xomeyni ilə bərabər şah rejiminə qarşı mübarizə aparmış və Parisdə onunla birgə olan tanınmış simalar vardı, o cümlədən də ən yaxın köməkçisi və silahdaşı - oğlu Əhməd Xomeyni də atasını müşayiət edən şəxslərin arasında idi".

Moderator.az bildirir ki, bu barədə "Azad İran" "YouTube" kanalının təqdim etdiyi videosüjetdə bəhs edilir.

"Amma Xomeyni təyyarədən onların heç biri ilə deyil, kimsənin tanımadığı bir fransızla düşdü: tezliklə qurulacaq İslam Respublikasının ilk ali rəhbəri pilot geyimində olan həmin fransızın biləyindən tutaraq asta-asta pillələri aşağı endi. Beləcə, həmin şəxs İran İslam İnqilabının tarixində dönüş nöqtəsi sayılan bu görüntüyə həmişəlik daxil oldu. O zaman deyilirdi ki, Xomeyniyə təyyarədən enməyə kömək edən bu şəxs pilotun köməkçisi və ya bort bələdçisidir. Amma sonradan bunun belə olmadığı üzə çıxdı. Üstəlik, bu sirli sima Xomeyninin İrana gəlişindən sonra daha heç vaxt Fransaya qayıtmadı və ömrünün sonuna qədər İranda qaldı", - deyə materialda qeyd edilir.

Daha ətraflı videosüjetdə:

 

Избранный
14
2
moderator.az

3Источники