RU

AMEA-da şəhid ailələri ilə görüş keçirilib

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir və şəhid ailələri ilə görüş keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünün qeyd olunduğunu söyləyib. AMEA rəhbəri vurğulayıb ki, Vətən müharibəsi xalqımızın, müstəqil Azərbaycan dövlətinin tarixində şanlı səhifələrdən biridir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Azərbaycan torpaqlarını azad edərək 30 illik işğala son qoydu. Bu, xalqımızın qazandığı ən böyük qələbədir, tarixi hadisədir. Prezident İlham Əliyevin müharibə günlərində dünyanın müxtəlif televiziyalarına verdiyi müsahibələr, sözün əsl mənasında, həm müharibənin ideologiyasını təşkil etdi, həm də müharibədə xalqımızın birliyi və həmrəyliyinin təmin olunmasına, səfərbərliyinə əsl çağırışlar kimi səslənərək ideoloji cəbhədə də qalibiyyətimizi təmin etdi”, - deyə akademik qeyd edib.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Избранный
5
3
sia.az

4Источники