RU

"Qarabağ" - "Kopenhagen" matçının biletləri satışda - Stadionda yeniliklər var

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda "Kopenhagen"ə qarşı oyununun biletləri bu gün satışa çıxarılacaq...

Poliqon xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, biletlər saat 15:00-dan etibarən iTicket.az saytında satışda olacaq.

Məlumata görə, oktyabrın 1-i saat 20:45-də start götürəcək "Qarabağ" - "Kopenhagen" oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib. Tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.

VIP sektorlar:

Qubadlı VIP

Zəngilan VIP

Füzuli VIP

Cəbrayıl VIP

 
Xocalı VIP

Laçın VIP

Kəlbəcər VIP

VVIP sektorlar:

Ağdam VVIP

Şuşa VVIP

Xankəndi VVIP

Poliqon.info

Избранный
19
12
poliqon.info

10Источники