RU

Bakının mərkəzində obyektləri su basdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının mərkəzi küçələrindən birində yerləşən obyektləri su basıb.
Belə ki, Yasamal rayonu, İslam Səfərli küçəsində aparılan təmir işləri zamanı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları ehtiyatsızlıq nəticəsində kanalizasiya xəttini zədələyiblər. Nəticədə, sızma yaranıb və birinci mərtəbədəki obyektlərə su dolub.
Qurumdan verilən məlumata görə, qəza gecə saatlarında baş verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar problemi dərhal aradan qaldırıblar.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
16
4
oxu.az

7Источники