RU

Azərbaycan lideri Baş Assambleyanın diqqətini hansı vacib məsələlərə yönəltdi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında normallaşma və sülh gündəliyinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O, regiondakı vəziyyətin dəyişdiyini, sülh şəraitinin yarandığını qeyd edib.
Prezident işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin edən layihələrdən danışıb.
Çıxışında Azərbaycanın beynəlxalq humanitar və yardım fəaliyyətinə də toxunan İlham Əliyev, xüsusilə, COVID-19 pandemiyası dövründə digər ölkələrə göstərilən dəstəyi xatırladıb.
Dövlət başçısı 2026-cı ildə Azərbaycanda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun keçiriləcəyini vurğulayaraq, bunun ölkəmizin təcrübəsini paylaşmaq üçün böyük imkan yaradacağını bildirib.
Prezident həmçinin Türkiyə-Azərbaycan arasında həyata keçirilən nəqliyyat-logistika layihələri, regional əməkdaşlıq, Mərkəzi Asiya ilə əlaqələr və Azərbaycanın beynəlxalq diplomatiyadakı roluna dair fikirlərini də bölüşüb.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
22
50
oxu.az

10Источники