RU

Tramp: "Suriyada baş verənlər Ərdoğanın qələbəsidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə Ağ Evdə 6 ildən sonra ilk dəfə görüşüb. Görüşdən əvvəl Tramp Ərdoğan haqqında təriflərlə dolu sözlər söyləyib.
Oxu.Az-ın "Haber Global" telekanalına istinadən verdiyi xəbərə görə, Tramp açıqlamalarına Ərdoğanı tərifləməklə başlayıb.
"O, möhtəşəm işlər görür", - deyə ABŞ lideri vurğulayıb.
ABŞ prezidenti Ərdoğan haqqında aşağıdakı ifadələrə də yer verib:
"Ərdoğan hörmətli şəxsdir. Hər kəs ona böyük hörmət göstərir, mən də göstərirəm. Ərdoğan bitərəf olmağı sevir, mən də sevirəm".
Tramp sözlərinə davam edərək bildirib:
"Cənab Ərdoğan Suriyada uğurlu mübarizənin aparılması üçün məsuliyyət daşıyan şəxsdir. Ərdoğan Suriyanın keçmiş liderindən xilas olmasını təmin edən şəxsdir. 2 000 ildır Suriyanı ələ keçirməyə çalışanlar var idi, amma bacarmadılar, Ərdoğan bunu bacardı. Suriyada baş verənlər Ərdoğanın qələbəsidir".
Görüş zamanı Trampın bu cür sözlər sərf etməsi iki lider arasındakı münasibətlərin güclü və səmimi olduğunu göstərib.
Избранный
26
50
oxu.az

10Источники