RU

Konor Makqreqor növbəti UFC döyüşü üçün 100 milyon dollar tələb edir

Bakı. Trend:

Yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionu, irlandiyalıqarışıq döyüş ustası Konor Makqreqor 2026-cı ilin iyununda ABŞprezidentinin rəsmi iqamətgahı olan Ağ Evdə keçirilməsiplanlaşdırılan UFC yarışmasında iştirak etmək üçün şərtləriniaçıqlayıb.

Trend xəbər verirki, bu barədə Makqreqor sosial media hesabında paylaşım edib.

“Ağ Evdəki döyüş üçün 100 milyon dollar, mənim, ailəm vədostlarım üçün ABŞ-a 100 ‘Qızıl viza’. Döyüş dünyasını yenidənsevindirmək fürsətini səbirsizliklə gözləyirəm”, - deyə Makqreqorbildirib.

Qeyd edək ki, Makqreqor 2021-ci ilin iyulunda “UFC 264”turnirində yüngül çəkidə keçmiş müvəqqəti çempion Dastin Poryeyəilk raundda texniki nokautla məğlub olduqdan sonra rinqə çıxmayıb.Onun peşəkar rekordu 22 qələbə və 6 məğlubiyyətdən ibarətdir.

Избранный
79
az.trend.az

1Источники