BAKI, 26 sentyabr. TELEQRAF
BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antoniu Quterreş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, görüşdə Ukrayna və Fələstin-İsrail münaqişələrini müzakirə ediblər.
“Ən kəskin beynəlxalq problemlər, o cümlədən Ukrayna və Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət barədə ətraflı müzakirə aparılıb. Nazir BMT-nin rəhbərliyi və Katibliyin bütün əməkdaşlarının BMT Nizamnaməsinin 100-cü maddəsinə uyğun olaraq qərəzsiz və bərabər məsafədə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb", - Rusiya XİN-in Mətbuat Xidmətinin məlumatında deyilir.