
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumundan sonra Rusiyanın Krasnodar diyarındakı Afipski neft emalı zavodunda yanğın baş verib.
Reyting.az bildirir ki, bu barədə Rusiya FHN-nin yerli idarəsi məlumat yayıb.
Regional əməliyyat qrupunun məlumatına görə, yanğına səbəb pilotsuz təyyarənin zavodun üzərinə düşməsidir: “Dronun qalıqları emal bölmələrindən birinin üzərinə düşüb. Xəsarət alan olmayıb. Yanğının ümumi sahəsi 30 kvadratmetrdir”.
V. QULİYEV