Limonlu su sağlamlıq üçün faydalı içkilər arasında məşhurdur. Lakin onun müntəzəm istehlakı sağlamlığa faydalı təsirlərə malikdir.
E-saglam.az xəbər verir ki, bu barədə qastroenteroloq Dr. Saurabh Sethi öz müsahibəsində bildirib. O, gündəlik limonlu su istehlakının çox bilinməyən 8 faydasından danışıb. Həmin faydaları sizə təqdim edirik:
Hidratasiyanı artırır – Limon suyu suyu daha dadlı edir və bunun sayəsində gündəlik maye qəbulunu asanlaşdırır.
Həzm sistemini dəstəkləyir – Limonlu su mədə turşuluğunu tənzimləyərək həzmi asanlaşdırır və qaz problemlərini azaldır.
Dəri sağlamlığını yaxşılaşdırır – C vitamini sayəsində limonlu su dərini nəmləndirir, parlaq görünməsinə kömək edir.
İmmuniteti gücləndirir – Limon C vitamini və antioksidantlarla zəngindir, xəstəliklərə qarşı bədəni qoruyur.
Detoks təsiri göstərir – Limonlu su qaraciyərin fəaliyyətini stimullaşdırır və zərərli maddələrin bədəndən çıxmasına yardım edir.
Çəki idarəsini dəstəkləyir – Metabolizmi sürətləndirərək və toxluq hissi verərək arıqlamağa kömək edə bilər.
Ağız sağlamlığını qoruyur – Antibakterial xüsusiyyətləri ağızda pis qoxu və mikroblarla mübarizə aparmağa kömək edir.
Enerji verir və əhvalı yaxşılaşdırır – Limonun təravətləndirici qoxusu və vitamini bədəni canlandırır, əhvalı yüksəldir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az