RU

Liposaksiya etdirən qadın bədəninin çürüdüyünü iddia edir - Video

36 yaşlı bir qadın liposaksiya əməliyyatından sonra ciddi tibbi fəsadlarla qarşılaşdığını bildirib və məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Hadisə “Uğur-777” estetik klinikasında baş verib. Zərərçəkən Cəmalə Rüstəmovanın iddiasına görə, əməliyyat həkim Firuzə Əliyeva tərəfindən icra edilib. O, ilk müdaxilədən sonra vəziyyətinin ağırlaşdığını və klinikanın rəhbəri Xəyalə İsmayılovanın tövsiyəsi ilə təkrar əməliyyat olunduğunu bildirib.

İkinci müdaxilə nəticəsində Rüstəmovaya piy toxumasının əriməsi, qarın əzələlərinin zədələnməsi və piy qatlarının parçalanması diaqnozları qoyulub.

Xəyalə İsmayılova bildirib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Baş Prokurorluqdan verilən rəsmi məlumata əsasən, vətəndaşın səhhətinə qanunsuz tibbi müdaxilə nəticəsində zərər vurulması faktı üzrə cinayət işi açılıb və istintaq davam etdirilir.

Избранный
12
1
anews.az

2Источники